Bank Of Baku

Beynəlxalq Sığorta Şirkətinin İddialar Departamenti yeni ofisə köçürülüb

Beynəlxalq Sığorta Şirkətinin İddialar Departamenti yeni ofisə köçürülüb
# 11 sentyabr 2012 13:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economis. Beynəlxalq Sığorta Şirkəti tərəfindən müştərilərə göstərilən sığorta xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində şirkətin İddialar Departamenti Bakının Murtuza Muxtarov küçəsi, 188 ünvanında (OMD uşaq xəstəxanası yaxınlığında) yerləşən yeni ofisə köçürülüb.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, İddialar Departamentində 25-dən çox əməkdaş çalışır. Departamentin sığorta hadisələri barədə müraciətləri qəbul edən dispetçerləri, hadisə yerinə yetişən qəza komissarları və tibbi sığorta üzrə müştərilərə məsləhətlər verən və istiqamətləndirən həkim-koordinatorlar müştərilərə həftənin 7 günü, 24 saat fasiləsiz olaraq xidmət göstərir.

Şirkətin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədovun sözlərinə görə, şirkətin müsbət nüfuzuna təsir edən ən vacib amillərdən biri xidmət səviyyəsidir: «Buna görə də yeni ofisdə müştərilər üçün ən rahat şərait yaratmağa çalışdıq. Yeni ofis böyük otaqlar, rahat gözləmə yerləri, müasir təchizat və geniş maşın dayanacağı kimi üstünlüklərə malikdir. Digər tərəfdən, yeni ofislə baş ofisin yaxın yerləşməsi bir sıra prosesləri tezləşdirir. Bu isə nəticədə bizim sığortalıların vaxtına qənaət edir».

Müştərilərin rahatlığı üçün İddialar Departamenti ilə həm köhnə telefon nömrələri – (012) 564-07-79; 564-07-69, həm də yeni telefon nömrələri ilə – (012) 436-73-30; 436-73-31; 436-73-32 əlaqə saxlamaq olar. Qısa telefon nömrəsi -*1001- dəyişməz olaraq qalır.

Qeyd edək, Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilib və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR