Bank Of Baku

Avqustda 1950 vergi ödəyicisində qanun pozuntusu aşkar edilib

Avqustda 1950 vergi ödəyicisində qanun pozuntusu aşkar edilib
# 11 sentyabr 2012 13:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin avqust ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 1947 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.

Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 961 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 329 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 173 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 237 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə lisenziya almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 171 vergi ödəyicisi tərəfindən 289 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 66 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 10 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 476 ədəd mal olduğu aşkarlanıb. Bu faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR