Bank Of Baku

Azərbaycana cəlb edilən xarici kapitalın həcmi 10% artıb

Azərbaycana cəlb edilən xarici kapitalın həcmi 10% artıb
# 11 sentyabr 2012 14:09 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın 2012-ci ilin I yarımilliyin yekunları üzrə tədiyyə balansında əks olunmuş xaricdən cəlb olunan kapitalın ümumi məbləği 4,412 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 10,2% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, bu göstərici əsasən ölkəyə cəlb olunmuş birbaşa investisiyaların və xarici kreditlərin hesabına formalaşıb:

(mln. doll.)

 

Cəlb olunan xarici kapitalın strukturu

 

2011-ci il, 6 ay

2012-ci il, 6 ay

Birbaşa investisiyalar

2 000,5

2 496,1

- neft-qaz sektoru

1 583,4

2 044,8

- digər sektorlar

417,1

451,3

Kreditlər və digər investisiyalar

2 001,4

1 913,4

- dövlət təminatlı kreditlər

607,3

451,5

- dövlət təminatlı olmayan kreditlər

1 165,3

593,3

- neft-qaz sektoru

402,6

0,2

- banklar

476,4

502,5

- digərləri

286,3

90,6

- digər investisiyalar

228,8

868,6

Neft bonusu

-

2,0

CƏMİ

4 001,9

4 411,5




Mərkəzi Bankın tədiyyə balansına dair şərhində deyilir ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2,5 mlrd. dollar olub ki, bu investisiyaların da strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 81,9% təşkil edir.

Kreditlər və digər investisiyalar formasında cəlb olunmuş sərmayələrin həcmi illik müqayisədə 4,4% azalıb, onların xarici kapitalın strukturunda xüsusi çəkisi isə 6,6 faiz bəndi azalaraq 43,4% təşkil edib. Cədvəldən göründüyü kimi, azalma dövlət təminatlı kreditlər və neft-qaz sektoruna verilən dövlət təminatlı olmayan kreditlərin hesabına baş verib.

Qeyd edək ki, neft-qaz sektoruna verilən dövlət təminatlı olmayan kreditlərin həcmi ötən ilin ilk yarısında 402,6 mln. manat olduğu halda, bu il cəmi 0,2 mln. manata, yəni demək olar ki, sıfıra enib.

Tədiyyə balansına əsasən, əvvəlki dövrlərdə cəlb olunmuş kreditlər üzrə 1 133,5 mln. dollar miqdarında vəsait geri qaytarılıb. Hesabat dövründə qaytarılan kreditlərin 41,6%-i (471,3 mln. dollar) bank sisteminin, 13,3%-i (150,7 mln. dollar) dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlərin, 35,2%-i (399,1 mln. dollar) neft-qaz sektorunun, 9,9%-i (112,4 mln. dollar) isə digər müəssisələr və firmaların payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR