Bank Of Baku

“PAŞA Bank” beynəlxalq reytinq alıb

“PAŞA Bank” beynəlxalq reytinq alıb
# 12 sentyabr 2012 09:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın “PAŞA Bank” ASC “Standard&Poor’s” beynəlxalq reytinq agentliyində “BB-“ səviyyəsində, “Sabit” proqnozla olan uzunmüddətli reytinqi alıb.

APA-Economics”in məlumatına görə, bankın İdarə Heyətinin üzvü Şahin Məmmədov bildirib ki, bu yaxınlarda digər beynəlxalq reytinq agentliyi olan “Fitch”dən də reytinqin alınması gözlənilir.

Ş.Məmmədovun sözlərinə görə, bank bu ilin sonuna kimi Gürcüstanda törəmə maliyyə qurumun açılmasını planlaşdırır.

“Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin rəsmi məlumatında isə öz növbəsində bildirilir ki, reytinqin bu səviyyədə verilməsi “PAŞA Bank”ın ölkənin bank sistemində böyük rol oynaması, bankın sistemdə olan payının sürətlə artması, bank tərəfindən iri korporativ müştərilərin xidmət edilməsi ilə bağlı onun hökumət üçün də əhəmiyyətli olması ilə əlaqədardır. Eyni zamanda agentlik yaxın illərdə bankın kredit portfelinin ildə təxminən 30% artmasını və ümumilikdə bazarda payının daha da böyüməsini proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR