Bank Of Baku

Azərbaycanda cari transfertlər üzrə mənfi saldo yaranıb

Azərbaycanda cari transfertlər üzrə mənfi saldo yaranıb
# 12 sentyabr 2012 10:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2012-ci il ilin I yarımillik ərzində 1 828,5 mln. dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu məbləğin 854,3 mln. dolları və ya 46,7%-ni ölkəyə daxilolmalar, 974,2 mln. manatı və ya 53,3%-i isə ölkədən transferlər təşkil edir.

Beləliklə, son bir neçə rüb ərzində ilk dəfə olaraq cari transfertlər əməliyyatlarında mənfi saldosu yaranıb. Saldonun həcmi 119,9 mln. manat təşkil edib. Müqayisə üçün ötən ilin ilk yarımilliyində 337,6 mln. manat həcmində müsbət saldo müşahidə olunub. Qeyd edək ki, ölkəyə transferlərin həcmi 4,0% azalıb, ölkədən transferlər isə 76,2% artıb.

Cari transfertlər üzrə ümumi daxilolmaların 93,2%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 2,0%-ni ölkəyə gətirilən humanitar malları, 4,8%-ni isə digər daxilolmalar təşkil edir.

Qeyd edək ki, ölkəyə transfertlərin azalması və bununla paralel olaraq ölkədən transfertlərin bu dərəcədə artması son illərdə müşahidə olunan tendensiyalara ziddir. Eyni zamanda ölkəyə cari transfertlər şəklində daxilolmaların azalması müəyyən dərəcədə izah olunan prosesdir və əsasən subyektiv səbəblərə görə xaricdən pul köçürmələrin azalması ilə bağlı olsa belə, ölkədən transfertlərin kəskin artmasının səbəbləri məlum deyil. Həmçinin ölkədən transfertlərin strukturu barədə rəsmi məlumatın olmadığında hətta hər hansı əsaslı təhlil və ehtimal etmək mümkün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR