Bank Of Baku

Azərbaycanda tikintiyə verilən kreditlərin həcmi 45% artıb

Azərbaycanda tikintiyə verilən kreditlərin həcmi 45% artıb
# 12 sentyabr 2012 11:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlərin həcmi 2012-ci avqustun 1-nə 655,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin avqustun 1-nə nisbətən 203,3 mln. manat və ya 45,0% çoxdur.

Eyni zamanda bu ilin əvvəlindən tikintiyə və tikililərin alınmasına verilən kreditlərin həcmi 79,4 mln. manat və ya 13,8% artıb.

Bu kreditlərin bankların məcmu kredit portfelində xüsusi çəkisi 6,1% təşkil edir ki, bu da illik müqayisədə 1,1 faiz bəndi çoxdur.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul ayları ərzində ölkədə yalnız mənzil tikintisinə 671,8 mln. manat yönəldilib. Göründüyü kimi, bunun yalnız 79,4 mln. manatı və ya 11,8%-i bank kreditlərin payına düşür. Hətta burada nəzərə alınmalıdır ki, göstərilən 79,4 mln. manata həm də tikililərin alınmasına ayrılan vəsaitlər də daxildir. Ümumilikdə aydın olur ki, ölkədə tikintinin cəlb olunan vəsaitləri hesabına deyil, daha çox öz vəsaitləri hesabına və gələcək sahiblərindən alınan vəsaitləri hesabına aparılır, bank kreditləşmənin rolu isə çox kiçikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR