Azərbaycanın xidmətlər balansının mənfi saldosu 1,5 dəfə artıb
12 sentyabr 2012 13:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın 2012-ci ilin I yarımillik üzrə tədiyyə balansında əks etdirilən xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində qarşılıqlı xidmətlərin ümumi həcmi 5 288,9 mln. dollar təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bunun 3 529,2 mln. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1 759,7 mln. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərin dəyəridir. Beləliklə, xidmətlər balansının saldosu mənfi 1 769,6 mln. dollar olub ki, bu da əvvəlki ilə nisbətən 48,6% çoxdur.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 16,2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 857,8 mln. dollar olan nəqliyyat xidmətlərinin 62,4%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etməsi ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin ümumi dəyəri isə 322,7 mln. təşkil edib. Beləliklə, nəqliyyat xidmətləri üzrə mənfi saldo 212,4 mln. dollar təşkil edib.
Ötən dövr ərzində xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1 003,1 mln. dollar məbləğində olub. Öz növbəsində xarici ölkələrdə Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 1 188,0 mln. dollar məbləğində olub. Nəticədə turizm xidmətləri üzrə 184,9 mln. dollar həcmində mənfi saldo yaranıb.

Maliyyə
AMB: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
11:53
18 may 2024
Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var
11:08
18 may 2024
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
09:23
18 may 2024
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024