Bank Of Baku

Azərbaycan kapital bazarlarının müasirləşdirilməsi üçün İsveçrə hökuməti ilə saziş imzalayıb

Azərbaycan kapital bazarlarının müasirləşdirilməsi üçün İsveçrə hökuməti ilə saziş imzalayıb
# 13 sentyabr 2012 10:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azərbaycanla İsveç arasında «Kapital bazarlarının müasirləşdirilməsi layihəsinə dair texniki yardım haqqında saziş» imzalanıb.

«APA-Economics»in məlumatına görə, tədbirdə qeyd olunub ki, sazişin əsas məqsədi «Kapital bazarlarının müasirləşdirilməsi layihəsi» çərçivəsində iki komponent (Hüquqi və Tənzimləyici Çərçivənin Yenilənməsi və Gücləndirilməsi Təklifin Stimullaşdırılması) üzrə müvafiq dəstəyin həyata keçirilməsidir.

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı son dövrdə ölkə iqtisadiyyatının inkişafında uğurlar əldə edildiyini və bu layihənin həmin uğurların daha da inkişaf etdirilməsinə xidmət edəcəyini bildirib. O, kapital bazarlarının müasirləşdirilməsi layihəsinin «2011-2012-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı» Dövlət Proqramının icrası üçün zəruri olan texniki və təşkilati dəstəyin təmin edilməsinə yönəldiləcəyini qeyd edib.

Tədbirdə həmçinin İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri xanım Sabine Ulma İsveçrə-Azərbaycan əməkdaşlığının inkişaf tarixi, İsveçrə hökuməti tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib. Xanım səfir «Kapital bazarlarının müasirləşdirilməsi layihəsi»nin Azərbaycan qiymətli kağızlar bazarının inkişafına töhfə verəcəyini bildirib.

Daha sonra Dünya Bankının Cənubi Qafqazda Maliyyə və Özəl sektor üzrə ölkə əlaqələndiricisi xanım Anjela Priqojina maliyyə bazarlarının inkişafında və bu bazarlara çıxış imkanlarının genişlənməsinin təşviqində Dünya Bankının rolu haqqında qısa məlumat verərək, bu layihənin həmin məqsədlərə xidmət edəcəyini bildirib.

Qeyd edək ki, ümumilikdə «Kapital bazarlarının müasirləşdirilməsi layihəsi» Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı Qrupunun üzvü) tərəfindən ayrılmış 12 mln. ABŞ dolları həcmində kreditin, İsveçrə hökuməti tərəfindən ayrılmış 1,6 ABŞ dolları həcmində qrantın və 22 mln. ABŞ dolları həcmində Azərbaycan hökumətinin vəsaiti hesabına həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR