Bank Of Baku

Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti azalıb

Azərbaycanda cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti azalıb
# 13 sentyabr 2012 11:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti 2012-ci ilin I yarımilliyi üzrə 31,6% təşkil edib.

APA-Economics”in hesablamalarına görə, ötən ilin I yarımillinin eyni göstəricisinə nisbətən 13,8 faiz bəndi səviyyəsində azalma müşahidə olunur.

Müqayisə üçün qeyd edək ki, 2011-ci ilin yekunlarına görə? cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbəti 34,2%, bu ilin I rübün nəticəsində isə 29,7% təşkil edib. Beləliklə, cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbətində rüblük müqayisədə artım baş verib.

Cari əməliyyatlar hesabı balansının ÜDM-ə nisbətinin illik müqayisədə azalması balansın ötən ilin ilk rübü ilə müqayisədə azalması ilə bağlıdır. Belə ki, bu göstərici illik müqayisədə 2,058 mlrd. dollar və ya 20,1% azalıb.

Qeyd edək ki, cari əməliyyatlar hesabı balansının qeyri-neft ÜDM-ə nisbəti yarımillik üzrə 66,0% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR