Bank Of Baku

“Buta Sığorta” şirkətinin səhmlərinin yerləşdirilməsi gələn həftə başlanacaq

“Buta Sığorta” şirkətinin səhmlərinin yerləşdirilməsi gələn həftə başlanacaq
# 13 sentyabr 2012 12:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Buta Sığorta» ASC-nin adi sənədsiz adlı səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsinə sentyabrın 17-də başlanacaq.

Birjadan “APA-Economics”ə verilən məlumata görə, kütləvi təklif üsulu ilə yerləşdiriləcək səhmlərin hər birinin nominal dəyəri 20 manat, sayı 75 min ədəd, emissiyanın ümumi həcmi isə 1,5 mln. manat təşkil edir.

Yerləşdirmə başa çatdıqdan sonra sığorta şirkətinin nizamnamə kapitalı 25,9% artaraq 7,3 mln. manata çatacaq.

Qeyd edək ki, təsisçisi yerli hüquqi şəxslər olan «Buta Sığorta» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Bu ilin iyul ayınadək şirkət «Thames Insurance Group» adı altında fəaliyyət göstərib və daha sonra şirkət rebrendinq apararaq adını «Buta Sığorta»ya dəyişdirib. Hazırda sığorta şirkətinin nizamnamə kapitalı 5,8 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR