Bank Of Baku

«Unibank» tələbələrə kreditlər təklif edir

«Unibank» tələbələrə kreditlər təklif edir
# 13 sentyabr 2012 13:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. «Unibank» ASC tədris ilinin başlanması ilə əlaqədar Bakı və bölgələrdəki özəl və dövlət universitetləri tələbələrinin kreditləşdirilməsinə başlayıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, son semestrin imtahanlarını «yaxşı» və «əla» qiymətlərlə vermiş tələbələr sentyabrın 15-dən bankın yeni kredit proqramının şərtlərindən faydalana bilərlər.

Kreditlər zaminlik və iş yerindən arayış olmadan, şəxsiyyət vəsiqəsi və müvafiq qiymət vərəqinin əsasında verilir. Tələbə cəlb etdiyi kreditləri istər təlimin ödənilməsi və ya müvafiq ədəbiyyatın əldə edilməsi, istərsə də istehlak məqsədləri üçün istifadə edə bilər.

Kreditlərin dövrü 3 aydan 12 aya qədər, məbləği isə 250 manatdan 700 manata qədər təşkil edir. Əlaçı tələbələrə bank tərəfindən pulsuz olaraq «MasterCard Gold» kartı təqdim edilir. Bundan başqa, hər bir tələbə krediti alana nominalı 200 manat olan «ALBALI» taksit kartı bonus kimi verilir.

Yeni kreditlər Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir və Naxçıvan ali təhsil müəssisələri daxil olmaqla ölkənin 37 universitetinin tələbələri üçün ixtisas üzrə heç bir məhdudiyyət olmadan ayrılır. Kreditlər 2-ci, 3-cü və 4-cü kurs tələbələrinə, 18 yaşından başlayaraq təqdim edilir. Qeyd edək ki, kredit cəlb edən bütün tələbələr bankın keçirdiyi lotereya aksiyasında 1000 manat udmaq şansı əldə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR