Bank Of Baku

«ASB Bank»ın 137 Məlumat Mərkəzi fəaliyyətə başlayıb

«ASB Bank»ın 137 Məlumat Mərkəzi fəaliyyətə başlayıb
# 13 sentyabr 2012 14:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sənaye Bankı (ASB Bank) müştəri xidmətlərinin 137 Məlumat Mərkəzi fəaliyyətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri daxilində stasionar telefonlardan və mobil operatorlardan birbaşa 137 olaraq yığılan nömrə Bakı şəhərindən kənar zonalarda stasionar telefonlardan 012-137 olaraq yığılmalıdır.

Qeyd edək ki, bu xidmət Azərbaycanın ilk taksit kartı olan «Extra Card» layihəsi ilə eyni zamanda həyata keçirilib. «ASB Bank»ın 137 Məlumat Mərkəzi ilə müştərilərin bank məhsul və xidmətlərinə dair müraciətlərinin cavablandırılması, müştəri xidmətləri keyfiyyətinin və məmnuniyyətinin artırılması nəzərdə tutulub.

Xatırladaq ki, ASB Bank 1996-cı ildən fəaliyyətə başlayıb. Cari ilin avqust ayının 1-nə bankın aktivlərinin həcmi 171,754 mln. manat, depozit portfeli 99,356 mln. manat, kredit portfeli 130,006 mln. manat, nizamnamə kapitalı 28 mln. manat təşkil edir. Bankın respublika üzrə 9 filialı, 2 şöbəsi, 35 bankomatı və 571 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 25 994-dən, cəmi müştərilərinin sayı isə 46 mindən çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR