Bank Of Baku

Azərbaycanın dövlət büdcəsinə toplanan vergilərin yarıdan çoxu qeyri-neft sektorunun payına düşür

Azərbaycanın dövlət büdcəsinə toplanan vergilərin yarıdan çoxu qeyri-neft sektorunun payına düşür
# 13 sentyabr 2012 14:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin yanvar-avqust aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 mlrd. 179 mln. 983,3 min manat təşkil edib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, vergi daxilolmalarının 39,7%-i mənfəət vergisinin, 22,8% əlavə dəyər vergisinin, 12,4% fiziki şəxslərin gəlir vergisinin, 7,5 %-i aksizlərin, 17,6% isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə 2 mlrd. 191 mln. 753,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14,9% çoxdur.

Yanvar-avqust aylarında respublika üzrə 49 406 vergi ödəyicisi qeydə alınıb. 2011-ci ilin iyul ayının 1-dən cari ilin sentyabr ayının 1-dək 40 483 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçib. Nəticədə 1 sentyabr 2012-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 462 106 olub.

2012-ci ilin yanvar-avqust ayları ərzində vergi ödəyicilərin təqdim etdiyi bəyannamələrin 90,5%-i elektron formada göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR