Bank Of Baku

«Zaminbank»ın «Biznes» filialı yeni ünvana köçüb

«Zaminbank»ın «Biznes» filialı yeni ünvana köçüb
# 14 sentyabr 2012 07:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Zaminbank» ASC-nin xidmət şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq Biznes filialı yeni ünvanda fəaliyyət göstərəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Bakı şəhəri, İzmir küçəsi, 7b ünvanında (“Hyatt Regency” hotelinin yaxınlığında) yerləşən «Biznes» filialı fiziki və hüquqi şəxslərə əsasnaməsində nəzərdə tutulan və bankın lisenziyası ilə icazə verilmiş bank əməliyyatları həyata keçirir.

Bu filial vasitəsilə tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi, kreditlərin (təminatlı və /və ya təminatsız) verilməsi, fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi, ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartlarının) buraxılması, öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və öz hesabına və ya müştərinin hesabına akkreditivlərin açılması və kommunal xidmətlər (qaz, enerji, su) və mobil operatorlar («Azercell», «Bakcell», «Nar Mobile») üzrə ödənişləri və digər xidmətlər həyata keçirmək mümkündür.

Həmçinin filial vasitəsilə fiziki şəxslərə hesab açmadan «Caspian Money Transfer», «Western Union», «Contact» və «Inter Express» sürətli pul köçürmə sistemləri üzrə köçürmələr həyata keçirir.

Xatırladaq ki, «Zamin Bank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Bankın ölkə üzrə 38 filialı, həmçinin Rusiyada «Moskva» nümayəndəliyi, 38 bankomatı və 1 891 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR