Bank Of Baku

Maliyyə Nazirliyi beynəlxalq mühasibat uçotunun əsasları üzrə mərhələli təlimlərə başlayır

Maliyyə Nazirliyi beynəlxalq mühasibat uçotunun əsasları üzrə mərhələli təlimlərə başlayır
# 14 sentyabr 2012 08:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi beynəlxalq mühasibat uçotunun əsasları üzrə bir neçə mərhələli təlimlərə start verir.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində dövlət büdcəsindən maliyyələşən təşkilatların mütəxəssisləri üçün «Beynəlxalq mühasibat uçotunun əsasları» və «Yeni maliyyə hesabatlarının hazırlanması» üzrə təlimlərin keçirilməsinə başlanılır.

Cari ilin sentyabr ayının 17-dən start götürəcək təlimlər yerli və beynəlxalq təlimçilər tərəfindən keçiriləcək. Bir neçə mərhələdən ibarət olan təlim proqramı mühasibat uçotu sahəsində ən mötəbər beynəlxalq institutların təlim proqramı əsasında milli qanunvericilik nəzərə alınmaqla hazırlanıb.

Bununla yanaşı, Maliyyə Elm-Tədris Mərkəzində respublikamızda mühasibat uçotu sektorunda peşəkar mütəxəssislərin hazırlanması və onların davamlı təhsil konsepsiyasını təmin etmək məqsədilə kommersiya təşkilatları, eləcə də peşəkar karyeralarını qurmaq və potensiallarını tam olaraq reallaşdırmaq istəyən şəxslər üçün beynəlxalq və milli mühasibat uçotu sahəsində ödənişli əsaslarla təlimlərin keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR