Bank Of Baku

«Meqa Sığorta» şirkəti icbari avtomobil sığortası üzrə növbəti ödənişini həyata keçirib

«Meqa Sığorta» şirkəti icbari avtomobil sığortası üzrə növbəti ödənişini həyata keçirib
# 14 sentyabr 2012 12:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Meqa Sığorta» şirkəti «Avtoəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə daha bir ödənişini həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hadisə Bakı şəhərində baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, «Meqa Sığorta» ASC tərəfindən sığortalanmış sığortalı «Chevrolet Malibu» markalı avtomobilin sahibi tərəfindən zərər vurulmuş əmlaka dəyən zərər üzrə 4 020 manat məbləğində sığorta ödənişi «Honda-CRV» markalı avtomobilin sahibinə təqdim edilib.

Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan «Meqa Sığorta» şirkəti 1998-ci ildən «Naxçıvan Sığorta» şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2001-ci ildə şirkətin brendi «BE&G», 2010-cu ilin oktyabr ayından isə «Meqa Sığorta» dəyişdirilib. Şirkət müştərilərə 23 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR