Bank Of Baku

Azərbaycanda illik inflyasiya 1,7%-ə enib

Azərbaycanda illik inflyasiya 1,7%-ə enib
# 14 sentyabr 2012 14:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda son beş ayda ardıcıl olaraq qiymətlərin ucuzlaşması, yəni deflyasiya müşahidə olunur.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, avqust ayında iyul ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,5%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,8%, xidmət tarifləri 0,3% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri iyul ayının səviyyəsində qalıb.

Eyni zamanda qiymət və tariflər 8 ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,9%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, xidmət tarifləri 1,5% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR