Bank Of Baku

Hesablama Palatası bir sıra audit proqramlarını təsdiq edib

Hesablama Palatası bir sıra audit proqramlarını təsdiq edib
# 15 sentyabr 2012 11:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Hesablama Palatasının son kollegiya iclasında bir neçə dövlət orqanında layihələrin icrasına dair ayrılan vəsaitlərə nəzarət və təyinatı üzrə istifadəsinə dair audit proqramları təsdiq edilib.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, Şabran və Siyəzən rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə, dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Dövlət Aqrar Universitetinə Universitetin tədris korpuslarının təmiri və avadanlıqlarla təchiz edilməsinə ayrılan vəsaitlərin istifadəsinə, həmçinin dövlət əsaslı qoyuluşundan Ağstafa Rayon İcra Hakimiyyətinə Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli avtomobil yolunun tikintisinə ayrılan vəsaitlərin istifadəsinə dair ayrılan vəsaitlərin proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə istifadəsinə dair audit proqramlarını təsdiq edilib.

Bundan başqa, təsdiq edilən proqramlar sırasına dövlət əsaslı vəsait qoyuluşundan Bərdə Rayon İcra Hakimiyyətinə Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı avtomobil yolunun tikintisi və Bərdə şəhər 6 nömrəli Uşaq bağçasının əsaslı təmirinə ayrılan vəsaitlərin istifadəsi, habelə Naxçıvan Muxtar Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədi və təyinatlı istifadəsi də daxil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR