Bank Of Baku

Maliyyə Nazirliyi sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçirir

Maliyyə Nazirliyi sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçirir
# 15 sentyabr 2012 12:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin sentyabr ayının 15-i və 22-də Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçiriləcək.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən (DSNX) «APA-Economics»ə verilən məlumata görə, sənədləri DSNX-yə tam olaraq təqdim olunmuş şəxslər bu ilin sentyabrın 14-dək Dövlət Sığorta Nəzarəti Xidmətinə əlaqə saxlayaraq adı, soyadı və atasının adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.

Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanununun müvafiq maddəsinin tələbinə, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun olaraq keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR