Bank Of Baku

İndoneziyanın iqtisadiyyat naziri Bakıya gəlib

İndoneziyanın iqtisadiyyat naziri Bakıya gəlib
# 17 sentyabr 2012 08:06 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA. Bu gün İndoneziyanın iqtisadiyyat naziri Məhəmməd Xatta Racasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin dəvəti ilə Bakıya gəlib.

İndoneziyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə bu ölkənin Dövlət Neft Şirkətinin prezidenti Karen Aqustiaşan və bir sıra aparıcı şirkətlərin rəhbərləri daxildir.

Qeyd edək ki, Azərbaycanla İndoneziya arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümünə həsr olunmuş səfər bir sıra sahələrdə, o cümlədən energetika sahəsində ikitərəfli əlaqələrin dərinləşdirilməsi məqsədi güdür. Səfər çərçivəsində Məhəmməd Xatta Racas Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, həmçinin azərbaycanlı həmkarları ilə danışıqlar aparacaq.

Qeyd edək ki, İndoneziya Azərbaycanın nəhəng ticarət tərəfdaşlarından biridir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında iki ölkə arasında ticarət dövriyyəsi 933,7 mln. ABŞ dolları, o cümlədən Azərbaycandan İndoneziyaya ixrac 911,7 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR