Bank Of Baku

«Unibank» neftçilərə güzəştli kreditlər təklif edir

«Unibank» neftçilərə güzəştli kreditlər təklif edir
# 17 sentyabr 2012 10:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Neftçilərin peşə bayramı ərəfəsində «Unibank» Azərbaycanın neft sahəsində çalışan bütün vətəndaşlar üçün yeni kredit aksiyasına start verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bank noyabrın 30-dək neft sektorunda çalışanlara imtiyazlı şərtlərlə kreditlərin verilməsinə başlayıb.

Neft sektorunda çalışan və nağd kreditlər üçün müraciət edən müştərilərə illik faiz dərəcədə 2 faiz bəndi qədər endirim verilir. Bu zaman kreditlər onlara yalnız iş vəsiqələri əsasında, zaminsiz, 30 ay müddətinə qədər təqdim olunur. Aksiya çərçivəsində neftçilərə xidməti vəsiqələr əsasında ayrılan kreditlərin məbləği 1 500 manatadək, iş arayışı təqdim edənlər üçün isə bu rəqəm 5 000 manata qədər artırıla bilər.

Qeyd edək ki, bank tərəfindən minimal əmək haqqı üzrə və iş stajına dair tələb irəli sürülmür. Hətta digər banklar qarşısında borc öhdəlikləri olan müştərilərə kredit verilməsi mümkündür. Müddəti 30 ay olan nağd kreditlər üzrə isə müştərilərə ilk 6 ay ərzində yalnız faizlərin ödənilməsi imkanı verilir. Aksiya zamanı neft sektorunun işçiləri «Unibank»dan 500 manat dəyərində pulsuz «ALBALI» taksit-kartlarını da əldə edə bilərlər.

Xatırladaq ki, Azərbaycanda Neftçilər Günü sentyabrın 20-də qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR