Bank Of Baku

ARDNŞ iri layihələri üçün böyük məbləğdə kreditlər cəlb etmək niyyətindədir

ARDNŞ iri layihələri üçün böyük məbləğdə kreditlər cəlb etmək niyyətindədir
# 17 sentyabr 2012 15:30 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı kredit cəlb edilməsi üçün dünyanın müxtəlif ölkələrinin bankları ilə danışıqlar aparır.

«APA-Economics»in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, Türkiyədə tikilməsi nəzərdə tutulan “Star” neft emalı zavodunun layihəsi ilə əlaqədar olaraq neft şirkəti xaricdən 3 mlrd. dollara yaxın kredit cəlb etmək niyyətindədir. Bunun 2 mlrd. dolları bu layihəyə cəlb olunmuş şirkətlərin təmsil etdiyi ölkələrin «Exim Bank»larından cəlb ediləcək, 1 mlrd. dollar isə kommersiya krediti olacaq. Danışıqlar aparılan «Exim Bank»lar arasında Yaponiya, Koreya, ABŞ, Fransa, İspaniya və s. ölkələrin maliyyə qurumları var: «O şirkətlər ki, bu müqavilələrdə iştirak edəcəklər, onların dövlətinin eksim kreditlərini cəlb etmək fikrindəyik».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR