«YapıKredi» bank Azərbaycanda «Worldcard» kredit kartının təqdimatını keçirib - FOTOSESSİYA
F.Açıkalının sözlərinə görə, Azərbaycan bank üçün strateji əhəmiyyətə malikdir: «YapıKredi» olaraq Azərbaycana 1998-ci ildən 100% türk sərmayəsi ilə işləyən bank olaraq gəldik. Avqustun sonunadək aktivlərimizin həcmi 288,3 mln. dollara çatıb. Bu uğurumuz bizə ən qiymətli məhsullarımızdan olan «Worldcard»ı Azərbaycana gətirməkdə də təkan verən bir səbəb olub».
Türkiyənin ilk kredit kartını 23 il əvvəl istifadəyə buraxdıqlarını və bir çox yenilik həyata keçirərək bölmənin inkişafında liderlik etdiklərini ifadə edən F.Açıkalın bildirib ki, indi «Worldcard» Azərbaycan iqtisadiyyatına da yeni bir hərəkət və dinamiklik qatacaq. «Türkiyədə olduğu kimi, «Worldcard» Azərbaycanda da bölməyə liderlik edəcək. Həm də bu cəhdimiz yalnız bir ticarət əməliyyatı deyil. «Worldcard»la Azərbaycandakı ödəniş sistemlərinin inkişaf etdirilməsində də rol oynayacağıq. Bu bazarda infrastrukturun formalaşdırılması üçün lazım olan əlavə dəyərləri yaradacaq, bütün tədris işlərini təmin edəcəyik. Bu işdə 2011-ci ildə bir hissəsi Azərbaycanda qurulmuş «YapıKredi» Bank Akademiyamızdan faydalanacağıq. «Worldcard»ın Azərbaycan xalqına, iqtisadiyyatına və bank bölməsinə xeyir gətirməsini diləyirəm», - deyə F.Açıkalın bildirib.
«Worldcard»ın Azərbaycandakı hədəf və planlarını izah edən xanım N.Somer Azərbaycanda iyulun sonunadək 279 min ədəd kredit kartının olduğunu, plastik kartlarla aparılan əməliyyatların illik həcminin isə iyulun sonuna 811 mln. manat səviyyəsində olduğunu söyləyib. Azərbaycan əhalisinin böyük hissəsinin ticarət obyektləri də daxil olmaqla nağd ödənişlərə üstünlük verdiyini, buna paralel olaraq kredit kartı qəbul məntəqələrinin də məhdud sayda olduğunu qeyd edən N.Somer bildirib ki, əvvəlcə istehlakçıları, eyni zamanda pərakəndə bölməsini sistemin faydaları ilə bağlı məlumatlandırmaq hədəf seçilib. Ümumilikdə isə bankın hədəfi 2013-cü ilin sonuna qədər «Worldcard»ların sayını 150 mindən artıq, əməliyyatların həcmini 228 mln. dollar, sonrakı ildə isə 534 mln. dollara çatdırmaqdır.
«YapıKredi Bank Azərbaycan»ın İdarə Heyətinin sədri C.Bulak isə bankın 12 filial və 380-dən çox işçi ilə, həm təşkilati, həm də fərdi bankçılıq sahəsində fəaliyyətini güclü bir şəkildə davam etdirdiyini və ilin sonunadək filialların sayının 14-ə çatdırılacağını bildirib. «İki mindən çox təşkilati, 48 min fərdi müştəriyə xidmət göstərən «YapıKredi Bank Azərbaycan» «Worldcard» ilə Azərbaycanda ödəniş sistemlərinin inkişaf etdirilməsi üçün lazımi bazanı formalaşdıracaq», - deyə C.Bulak dildirib.
Qeyd edək ki, «Worldcard» kredit kartları hissə-hissə ödəniş, bal qazanma kimi xüsusiyyətləri ilə bərabər nağd avans çəkilməsi, virtual kart, əlavə kart və əlavə xidmətlər də təqdim edəcək. Qarşıdakı ildə kartlar qarşılıqlı olaraq hər iki ölkədə etibarlı olacaq. İlk mərhələdə fərdlərə istiqamətli «Worldcard» və şirkətlər üçün «World Business Kart» ilə bazara daxil olan «YapıKredi», «PulKart» markası ilə bank kartı (debet kartı) da təqdim edəcək. Həmçinin bildirilib ki, «Worldcard» kredit kartında olacaq kredit limiti müştərinin əmək haqqının bir mislinə bərabər həcmdə nəzərdə tutulub. «Worldcard» Bakıda 50 markaya aid 200-ə yaxın üzv ticarət obyektində xüsusi imkanlarla alış-veriş fürsətləri təqdim edir, gələcəkdə həm markaların, həm ticarət obyektlərinin artırılacağı gözlənilir.
Maliyyə
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Xəbər Lenti
UFC: Şara Maqomedov inamlı qələbə qazanıb
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
Vuçiç vəzifəsini tərk edəcəyini və növbədənkənar prezident seçkilərinin keçiriləcəyini açıqlayıb
UFC: Nazim Sadıxov nakautla məğlub olub
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
Almaniyada yenidən məcburi hərbi xidmət tətbiq oluna bilər
UFC: Abus Maqomedov Mixal Olekseyçuku məğlub edib
UFC: Fərman Həsənov ABŞ-dən olan rəqibinə qalib gəlib
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur