Bank Of Baku

«PSG-Broker» şirkətinə yeni lisenziya verilib

«PSG-Broker» şirkətinə yeni lisenziya verilib
# 18 sentyabr 2012 10:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən «PSG-Broker» MMC-yə yeni xüsusi razılıq (lisenziya) verilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, «PSG-Broker»ə 5 il müddətinə verilən lisenziya broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün nəzərdə tutulub.

«Beləliklə, hazırda qiymətli kağızlar bazarında 15 broker fəaliyyəti, 14 diler fəaliyyəti və 2 aktivlərin idarə olunması, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş lisenziyalar qüvvədədir» - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR