Bank Of Baku

İTM: Azərbaycanda illik inflyasiya 6,53%-ə çatıb

İTM: Azərbaycanda illik inflyasiya 6,53%-ə çatıb
# 18 sentyabr 2012 10:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Eonomics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2012-ci ilin avqust ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, statistik müşahidələrin nəticələrinə əsasən, avqust ayında Azərbaycanda 1,06% inflyasiya qeydə alınıb. Artım əsasən ərzaq məhsullarının bahalaşması hesabına baş verib. Belə ki, ay ərzində ərzaq məhsullarının qiyməti 1,73%, qeyri-ərzaq məhsulları 0,40%, xidmət tarifləri isə 0,13% bahalaşıb.

İyul ayına nisbətən avqustda paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 1,74%, regionlarda isə 0,39% bahalaşıb. Bu zaman ərzaq məhsullarının qiyməti Bakıda 2,89%, regionlarda 0,59%, qeyri-ərzaq məhsulları müvafiq olaraq 0,53% və 0,27%, xidmət tarifləri isə 0,24% və 0,01% artıb.

Hesablamalar göstərib ki, 2012-ci ilin ilk 8 ayında ölkədə 2,52%, o cümlədən Bakıda 4,62%, regionlarda isə 0,46% inflyasiya qeydə alınıb. Bu zaman ərzaq məhsulları 4,03%, xidmətlər 2,86% bahalaşıb, qeyri-ərzaq məhsulları isə 0,80% ucuzlaşıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə (son 12 ayda) ölkədə 6,53% bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 9,93%, regionlarda isə 3,18% artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya həmişəki kimi ərzaq məhsullarında (10,40%) olub. Qeyri-ərzaq məhsullarında 0,13% ucuzlaşma, xidmətlərdə isə 5,27% artım olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR