Bank Of Baku

Rusiya Şimali Koreyanın 11 mlrd. dollar borcunu bağışlayıb

Rusiya Şimali Koreyanın 11 mlrd. dollar borcunu bağışlayıb
# 18 sentyabr 2012 12:30 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Şimali Koreyanın 11 mlrd. dollar borcunu bağışlayıb. “APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya maliyyə nazirinin müavini Sergey Storçak açıqlama verib.

Onun sözlərinə görə, Şimali Koreyanın rublla olan borcu dollarla hesablanıb. Qalan 1 mlrd. dollar isə ölkədə birgə layihələr həyata keçirilərkən “kömək müqabilində borc” sxemi ilə istifadə olunacaq.

Qeyd edək ki, Rusiya keçmiş SSRİ-nin hüquqi varisi kimi Şimali Koreyanın borcunu qəbul edib. XX əsrin ortalarından açılan kredit xətti üzrə borc ödəmələrin gecikdirilməsi və cərimələr üzündən sürətlə artıb. Hazırda Rusiyaya ən çox borcu olan ölkə Kubadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR