Bank Of Baku

Azərbaycan əhalisinin gəlirləri son bir ildə 13%dən çox artıb

Azərbaycan əhalisinin gəlirləri son bir ildə 13%dən çox artıb
# 18 sentyabr 2012 12:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,4% artaraq 21,4 mlrd. manata, hər bir nəfərə düşən gəlirlər isə 11,8% artaraq 2 334 manata (orta hesabla ayda 291,7 manata) çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, gəlirlərin 62,7%-i son istehlaka, 8,6%-i vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 26,9%-i isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.

«Cari il avqust ayının sonuna olan məlumatlara görə, keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi çərçivəsində ölkədə 547 950 əmanətçiyə 257,2 mln. manat ödənilib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR