Bank Of Baku

Ermənistanda dövlət məmuru çek maxinasiyasında ittiham olunur

Ermənistanda dövlət məmuru çek maxinasiyasında ittiham olunur
# 19 sentyabr 2012 11:12 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova – APA-Economics. Ermənistanın Dövlət Xərcləri Komitəsinin sədr müavini Artaşes Beybutyan istefaya göndərilib.

APA-Economics”in “Joxovurd” (Ermənistan) qəzetinə istinadən xəbərinə görə, buna onun çek maxinasiyaları səbəb olub.

A.Beybutyan hesab-kassa aparatlarının saxta çeklərinin dövriyyəsinə dəstək göstərib. Müəyyən mexanizmin tətbiqi nəticəsində vergi orqanları bu çeklər üzrə vergi toplaya bilməyiblər. Yəni komitə sədrinin müavini supermarketlərin məsul şəxsləri ilə sövdələşib.

Qeyd edək ki, A.Beybutyan məsələ ilə bağlı hər hansı açıqlama verməkdən imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR