Bank Of Baku

«Bank of Baku» neftçilərə güzəştli kreditlər verəcək

«Bank of Baku» neftçilərə güzəştli kreditlər verəcək
# 19 sentyabr 2012 13:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda 20 sentyabr - Neftçilərin peşə bayramı ilə əlaqədar «Bank of Baku» ASC neft sənayesində çalışan şəxslər üçün güzəştli kreditlər təklif edir.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 20-dən oktyabrın 15-dək Azərbaycan neft sənayesinin işçiləri istehlak və pul kreditlərinin illik faiz dərəcəsində 2%-lik endirim fürsətindən bəhrələnə bilər (avtomobil, ipoteka, əmanət və VİP kreditlər bu kampaniyaya şamil edilmir). Bu endirimdən başqa, «Faizlər qayıdır» kampaniyası çərçivəsində kreditini vaxtında ödəyən neftçilər 50 manat məbləğində bonus qazanacaq. Bonus məbləği yeni nağd kredit götürüldükdə istifadə edilir və müştərinin mövcud və ya təqdim olunacaq «Dostlar klubu» kartına yüklənir.

Qeyd edək ki, kreditin maksimal məbləği 5000 manat təşkil edir. Güzəştli kreditin müddəti 30 aydır.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR