Bank Of Baku

«MilliKart»a aid plastik kartların emissiyası 19% artıb

«MilliKart»a aid plastik kartların emissiyası 19% artıb
# 19 sentyabr 2012 13:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MilliKart» Prosessinq Mərkəzinin xətti ilə emissiya olunan plastik bank kartlarının sayı iyul ayının 1-nə 228 min ədəd təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 19,4% çoxdur.

Mərkəzdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə «MilliKart» tərəfindən xidmət olunan bankomatların sayı 2,2% artaraq 327-yə, POS-terminalların sayı isə 74% artaraq 5 579-a çatıb.

Təhlil olunan dövr ərzində «MilliKart»da xidmət olunan bankların ümumi sayı 12 (artım olmayıb), o cümlədən «VISA» təşkilatının üzvü olan bankların sayı 8 (artım olmayıb), «MasterCard»ın üzvü olan bankların sayı 6 (yeni 1 bank qoşulub) və lokal kartların emissiyası üzrə bankların sayı isə 4 (yeni 1 bank qoşulub) olub.

Qeyd edək ki, 18 bank tərəfindən təsis edilən «MilliKart» MMC 2006-cı ilin oktyabrından fəaliyyət göstərir. Cari ilin iyulun 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR