Bank Of Baku

Azərbaycanda əsas kapitala yatırılan xarici sərmayə 10% artıb

Azərbaycanda əsas kapitala yatırılan xarici sərmayə 10% artıb
# 19 sentyabr 2012 13:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 1 771,8 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən əsas kapitala yönəldilmiş xarici sərmayənin həcmi 9,5% artıb.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş xarici vəsaitin 1 619,1 mln. manatı və 91,4%-i Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya və Fransa investorlarına məxsus olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR