Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyasına üzv ittifaqlarının məcmu kredit portfeli 26 mln. manatı ötüb

Azərbaycan Kredit İttifaqları Assosiasiyasına üzv ittifaqlarının məcmu kredit portfeli 26 mln. manatı ötüb
# 20 sentyabr 2012 07:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyasına (AKİA) üzv olan kredit ittifaqlarının məcmu kredit portfelinin həcmi 2012-ci il sentyabrın 1-nə 26,399 mln. manata çatıb. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Ayaz Quliyev bildirib.

A.Quliyevin sözlərinə görə, cari ilin sentyabrın 1-nə AKİA-ya üzv olan kredit ittifaqlarının məcmu aktivləri 39,712 mln. manat, məcmu nizamnamə kapitalı isə 6,769 mln. manat olub.

Sədr bildirib ki, hazırda quruma 91 kredit ittifaqı üzvdür. Kredit ittifaqlarına üzv olanların sayı 39 580 nəfər, aktiv üzvlərin sayı isə 31 664 nəfərdir.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR