Bank Of Baku

«Fitch Ratings» agentliyi daha bir Azərbaycan bankının fəaliyyətini qiymətləndirib

«Fitch Ratings» agentliyi daha bir Azərbaycan bankının fəaliyyətini qiymətləndirib
# 20 sentyabr 2012 10:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Pasha Bank» ASC-yə «Sabit» rroqnozla «B+» reytinqi verib. «APA-Economics»in xəbərinə görə, bu barədə agentliyin rəsmi məlumatında deyilir.

Məlumata əsasən, reytinqin bu səviyyədə olması bir tərəfdən bankın yaxşı maliyyə göstəriciləri, karitalın yetərliliyi, məqbul səviyyədə likvidlik və mənfəətin olması, digər tərəfdən isə əməliyyat mühitində yüksək riskləri, müştəri bazasının məhdud olmasını, bankın fondlaşma risklərini nəzərə alır.

«Fitch»in məlumatında deyilir ki, ötən ilin sonuna bankın 90 və daha artıq gün olan vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10%-ə bərabər olub, eyni zamanda təhlil bu kreditlərin təmin olunmasını və son nəticədə 10%-lik səviyyəni məqbul kimi göstərilir. Agentlik həmçinin bankın ehtiyatlarının yüksək olduğunu qeyd edir, halbuki bildirilir ki, yaxın illərdə kredit rortfelinin hər il təxminən 20-25% artmasını nəzərə alaraq bankın ehtiyatlar torlamaq imkanları müəyyən dərəcədə azalacaq.
Eyni zamanda, «Fitch» sahə risklərini də qeyd edir və vurğulayır ki, bunlar bankın səhmdarının tikinti biznesi ilə bağlıdır, çünki hazırda bankın kredit rortfelində bu sahənin xüsusi çəkisi çox olmasa da, onun artacağı ehtimal olunur.

Agentliyin məlumatında qeyd olunur ki, reytinqin azalması bankın karitallaşması və likvidliyin nəzərə çarran dərəcədə zəifləməsi və ya aktivlərin keyfiyyətinin risləşməsi halında baş verə bilər. Bundan əlavə, reytinqə azaldıcı təsir edə biləcək amillər sırasında ölkənin ümumi iqtisadi vəziyyətinin dəyişməsi göstərilir. Eyni zamanda bankın sistem əhəmiyyətliliyinin nəzərə çarran dərəcədə yüksəlacəyi təqdirdə, onun reytinqin artırılması mümkündür.

Qeyd edək ki, sentyabrın 11-də «Standard&Poor’s» beynəlxalq reytinq agentliyi «Paşa Bank»a «Sabit» rroqnozla «BB-» reytinqi verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR