Bank Of Baku

Yunanıstanda pensiya yaşının 67-yə qaldırılır

Yunanıstanda pensiya yaşının 67-yə qaldırılır
# 21 sentyabr 2012 08:18 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstan hökuməti beynəlxalq kreditorlarla pensiya yaşının 67-yə qaldırılması barədə razılıq əldə edib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu addım ölkəyə ildə 1,1 mlrd. avroya qənaət etmək imkanı verəcək. Hazırda Yunanıstanda pensiya yaşı 65-dir.

Antonis Samarasın koalisyon hökuməti 2013-2014-cü illərdə 12 mlrd. avroya qənaət etməklə bağlı tədbirləri razılaşdırmalıdır. Lakin “Yeni Demokratiya” partiyasının parlament koalisiyası üzrə tərəfdaşları olan PASOK və “Demokratik Sollar” sosial xərclərin əhəmiyyətli dərəcədə azaldılmasına qarşı çıxırlar.

Qeyd edək ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. İndiyədək ölkəyə Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu tərəfindən 240 mlrd. avro maliyyə yardımı edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR