Bank Of Baku

«Bank Respublika» cari ildə əmanətlərin həcmini 34% artırıb

«Bank Respublika» cari ildə əmanətlərin həcmini 34% artırıb
# 21 sentyabr 2012 09:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC cari ilin sentyabr ayının 1-nə olan maliyyə göstəricilərini açıqlayıb.

«Burada əsas diqqəti çəkən göstərici müştərilərin «Bank Respublika»da saxladığı əmanətlərin həcmidir ki, onu xüsusi qeyd etmək olar. Belə ki, müştəri vəsaitinin ümumi məbləği 216,219 mln. manata çatdırılıb. İlin əvvəlindən ümumi vəsaitlərin həcmi 34% artıb», - deyə Bankın baş ofisindən «APA-Economics»ə bildirilib.

Bundan başqa, bank yenidən ölkənin aparıcı maliyyə təşkilatları sırasında öz mövqelərini qoruduğunu aşağıda göstərilən rəqəmlərlə təsdiqləyir.

Məcmu kapital 60,282 mln. manata çatdırılıb, aktivlər isə 400,431 mln. manat təşkil edir. Bu da 2011-ci ilin yekunları ilə müqayisədə (312,992 mln. manat) 27,9% çoxdur.

Göstərilən müddət ərzində bankın kredit portfeli 27,6% artıb və 220,860 mln. manat təşkil edib, bankın xalis mənfəəti isə 9,056 mln. manata çatdırılıb.

Yekunda bankdan bildirilir ki, 2011-ci il üçün bank səhmdarlarına dividendlərin ödənilməsinə yönəldilən vəsaitin həcmi 6,9 mln. manat təşkil edib. Qeyd edək ki, cari ildə bankın xalis mənfəəti ötən ilki göstəricini üstələyir.

Hazırda «Bank Respublika»nın strateji məqsədi 2012-ci ilin sonunadək kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi portfelinin artırılmasıdır. Həmçinin, Bank müştəriləri üçün sabit və etibarlı qalmaq üçün səylərini artırmağı nəzərdə tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR