Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi maksimal həddə çatıb
21 sentyabr 2012 13:04 (UTC +04:00)
«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, yanvar-iyul ayları ilə müqayisədə bu göstərici 0,02 bənd artıb. Ümumilikdə isə əhalinin alıcılıq qabiliyyəti indeksi son 32 ay ərzində, yəni «APA-Economics»in bu hesablamalara başladığı tarixdən sonra ən maksimal həddə çatıb:
Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbətidir. Həmin nisbət əhalinin gəlirlərinin xərcləri üstələmə səviyyəsini və əhalinin sərəncamında qalan vəsaitlərin həcmini göstərir.
Qeyd edək ki, yanvar-avqust aylarında pərakəndə əmtəə dövriyyəsi 10 972,4 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 3 491,4 mln. manat, əhalinin məcmu gəliri isə 21 365,0 mln. manat təşkil edib. Beləliklə, gəlirlər əsas xərcləri 6 901,2 mln. manat və ya 47,7% üstələyib.
Beləliklə, əhalinin sərəncamında qalan vəsaitlərin artımı baş verib. Aydındır ki, bu, gəlirlərin artması və ya xərclərin azalması nəticəsində baş verə bilər. Avqustda əhalinin gəlirləri 3,133 mlrd. manata bərabər olub ki, bu da iyul ayına nisbətən 0,03% çoxdur. Pərakəndə ticarət üzrə bu göstəricilər müvafiq olaraq 1,375 mlrd. manat və mənfi 1,9%, pullu xidmətlər üzrə isə 500,6 mln. manat və müsbət 3,0% təşkil edib. Ümumilikdə isə pərakəndə dövriyyəsi və xidmətlər üzrə xərclər aylıq müqayisədə təxminən 0,6% azalıb. Beləliklə, əhalinin sərəncamında qalan vəsaitlərin avqust ayında artımı xərclərin azalması ilə bağlı olub.

Maliyyə
Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır
17:05
8 may 2024
BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb
17:01
8 may 2024
Azərbaycanla Türkiyə arasında ticarətin asanlaşdırılmasına dair Ortaq işçi qrupu yaradılacaq
16:41
8 may 2024
Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirilib
14:55
8 may 2024