Bank Of Baku

«Kapital Bank» müştərilərinə dünya çempionatına bilet qazandırıb

«Kapital Bank» müştərilərinə dünya çempionatına bilet qazandırıb
# 21 sentyabr 2012 13:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda keçiriləcək 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatı ərəfəsində «Kapital Bank» ASC-nin «Visa International» şirkəti ilə birgə təşkil etdiyi kampaniyanın qalibləri məlum olub. Bankdan «APA-Economics»ə verilən məlumata görə, kampaniyada «Kapital Bank»a məxsus bütün növ «Visa» ödəniş kartları vasitəsilə istənilən tipli nağdsız ödəniş həyata keçirmiş müştərilər iştirak edib.

Kampaniyanın şərtlərinə görə, iyulun 16-dan sentyabrın 16-dək «Visa» kartı ilə aparılan hər bir əməliyyatın məbləği 20 manatdan az olmamaqla və gün ərzində eyni ticarət, iaşə və ya xidmət obyektində 2 dəfədən artıq olmamaqla nağdsız ödəniş aparılmalı idi. Belə bir ödəniş aparan müştərinin kartının nömrəsi avtomatik olaraq bankın məlumat bazasına daxil edilir və kampaniya müddətində «Visa» ödəniş kartı ilə ən çox nağdsız ödəniş aparmış müştəri dünya çempionatının oyunlarına bilet qazanırdı.

Qaliblər 5 yer üzrə müəyyənləşib. Ümumən 37 qalib müəyyən olub. Biletlər aşağıdakı qaydada təqdim olunub: 1-ci yerə layiq görülən 5 nəfərin hər birinə 2 bilet (çempionatın final oyununa), 2-ci yerə layiq görülən 6 nəfərin hər birinə (yarımfinallara) 2 bilet, 3-cü, 4-cü və 5-ci yerlərə layiq görülən 26 nəfərin hər birinə (çempionatın qrup oyunlarına) 2 bilet verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR