Bank Of Baku

«Bank of Baku»nun «Nəsimi» filialı yeni ünvana köçüb - FOTO

«Bank of Baku»nun «Nəsimi» filialı yeni ünvana köçüb - <font color=red>FOTO</font>
# 21 sentyabr 2012 13:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC-nin paytaxtdakı «Nəsimi» filialı yeni ünvana köçüb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filialın yeni ünvana köçürülməsi bankın artan müştəri kütləsinə daha çevik xidmət göstərmək məqsədi daşıyır.

Bundan sonra, bankın «Nəsimi» filialı Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3005-ci məhəllə,26B (telelefon: 565-50-25; faks:565-50-26) ünvanında fəaliyyət göstərəcək.

Yeni ofis filialın əvvəlki ünvanından təxminən 100 metr aralıda yerləşir. Filial bazar ertəsindən cümə gününə kimi saat 09:00-dan 17:00-a kimi müştəriləri qəbul edir. Şənbə günləri isə filial 10:00-dan 18:00-dək işləyir. Filial müştərilərə bütün növ xidmətlər göstərir.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR