Bank Of Baku

ABŞ-da istehsal xərclərinin azalması proqnozlaşdırılır

ABŞ-da istehsal xərclərinin azalması proqnozlaşdırılır
# 22 sentyabr 2012 08:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. ABŞ-da qazın kəskin ucuzlaşması və bunun nəticəsində şirkətlərin xərclərinin azalması ölkədə 2020-ci ilə qədər 2,5-5 mln. iş yerinin açılmasına və istehsalın artırmasına imkan verəcək. «APA-Economics»in məlumatına görə, bu barədə Boston konsaltinq qrupunun icmalında deyilir.

İcmala əsasən, ölkədə şist qazının yataqlarının hesabına yaxın gələcəkdə ABŞ-da qazın qiyməti Avropa və Yaponiyada olan qiymətlərdən 50-70% aşağı olacaq. Qeyd edək ki, bu ilin aprelin Amerikada qazın qiyməti 10 illik minimuma enib (71 dollar/1000 kubmetr), lakin bundan sonra istehsalçılar hasilatı azaldıb və proqnozlara görə, qiymət 120-140 dollara yüksəlməlidir. Müqayisə üçün bildirək ki, Rusiyanın Avropaya ixrac etdiyi qazın qiyməti 300-450 dollar təşkil edir.

Mütəxəssislərin fikrincə, enerji daşıyıcılarının ucuzlaşmasından başqa işçi qüvvəsinə sərf edilən xərclərin azalması da istehsalın artmasına dəstək verəcək. Qrupun proqnozlarına görə, yaxın gələcəkdə bu xərclər dünyanın digər inkişaf etmiş ölkələrinə nisbətən ABŞ-da 20-45% az olacaq. Nəticədə, mütəxəssislərin fikrincə, 2015-ci ildə ABŞ-da istehsal xərcləri Böyük Britaniyadan 8%, Almaniya və Fransadan 15%, Yaponiyadan 21%, İtaliyadan 23% az olacaq. Ekspertlər hesab edirlər ki, bütün bunlar ölkə iqtisadiyyatına 90 mlrd. dollar həcmində fayda gətirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR