Sabah Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının iclası keçiriləcək
24 sentyabr 2012 14:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin sentyabrın 25-də Azərbaycan Sığortaçılar Assosiasiya (ASA) Müşahidə Şurasının iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə açıqlamasında ASA-nın sədri Azər Əliyev bildirib.
A.Əliyevin sözlərinə görə, iclasda Şura tərəfindən qurumun yanvar-iyun ayları üzrə hesabatı, üzvlük haqlarını ödəməyən şirkətlərin rəhbərlərinə üzvlük haqqının ödənilməsi, habelə gələn ilin yay aylarında keçiriləcək III Beynəlxalq Sığorta Forumunun təşkili məsələləri müzakirə ediləcək.
Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Yeni nizamnamənin tələblərinə uyğun olaraq, qurumun Müşahidə Şurasının tərkibinə daxil olan şirkətlər 16 min manat, illik yığımlara görə ilk onluğa düşən sığorta şirkətləri 7-8 min manat, qalan şirkətlər isə 5 min manat üzvlük haqqı ödəməlidir.

Maliyyə
Mərkəzi Bankın strukturunda dəyişikliklər edilib
18:22
27 may 2024
Kapital Bank-ın dəstəyi ilə NDU-da “Cyber Bootcamp” layihəsi başa çatıb
17:35
27 may 2024
Hesablama Palatası: Yenidən baxılan büdcə layihəsi üzrə bəzi risklər var
17:16
27 may 2024
Hesablama Palatası: 2024-cü ildə büdcə kəsiri proqnozlaşdırılan məbləğdən az olacaq
16:59
27 may 2024