Bank Of Baku

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi kəskin azalıb

Azərbaycanın pərakəndə ticarət sektorunda mal ehtiyatları indeksi kəskin azalıb
# 25 sentyabr 2012 11:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində olan mal ehtiyatları indeksi 2012-ci ilin avqust ayı üzrə 75,0% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici iyul ayı ilə müqayisədə 45,6 faiz bəndi azdır.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında cəmləşən mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır.

Qeyd edək ki, indeksin azalması mal qalıqlarının artım tempinin azalmasını əks etdirir. Lakin indeksin 100%-dən aşağı olması mal qalıqlarının aylıq müqayisədə artması deyil, azalmasını göstərir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2012-ci ilin sentyabrın 1-nə 183,1 mln. manat, avqustun 1-nə isə 244,3 mln. manat təşkil edib.

Pərakəndə ticarət şəbəkələrində mal qalıqlarının azalması ticarət obyektlərinin mal təchizatının zəifləməsi ilə bağlı olub, çünki avqustda iyula nisbətən pərakəndə ticarətdə 1 400,7 mln. manatdan 1 375,2 mln. manata qədər azalma baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR