Bank Of Baku

«ABB-Moskva» Rusiyanın 500 ən iri bankı siyahısına düşüb

«ABB-Moskva» Rusiyanın 500 ən iri bankı siyahısına düşüb
# 25 sentyabr 2012 12:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Rusiyanın «Rosbizneskonsaltinq» agentliyi tərəfindən 2012-ci ilin yanvar-iyun aylarının yekunları əsasında hazırlanan ölkənin xalis aktivləri üzrə ən iri 500 bank müəyyənləşib.

«APA-Economics»in məlumatına görə, Azərbaycan Beynəlxalq Bankının törəmə RF-də bankı olan «ABB-Moskva» bu reytinqdə 137-ci yerdə qərarlaşıb. İyul ayının 1-i vəziyyətinə Bankın xalis aktivləri 23 697,21 mln. rubl (568,7 mln. manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövürnə nisbətən 39,8% çoxdur.

Reytinqə aktivləri 12,089 trln. rubl təşkil edən «Sberbank» başçılıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR