Bank Of Baku

«A-Group» sığorta şirkətinin daxilolmaları son bir ildə 11% artıb

«A-Group» sığorta şirkətinin daxilolmaları son bir ildə 11% artıb
# 25 sentyabr 2012 14:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkətinin bu ilin yanvar-avqust aylarında topladığı sığorta haqlarının həcmi 6,822 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 11% çoxdur.

Şirkətin İdarə Heyətinin sədri Anar Bayramovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta hadisələri üzrə ödənişləri 7,9% artaraq 3,619 mln. manata çatıb.

Bu müddət ərzində ən çox sığorta yığımı «Tibbi sığorta» (5,353 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (1,162 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (152,518 min manat), «Fərdi qəza və xəstəlik sığortası» (76,083 min manat), «Ümumi mülki məsuliyyətin sığortası» (53,977 min manat), «Hava nəqliyyatı vasitələrinin sığortası» (17,296 min manat) və «Yüklərin (nəqliyyat) sığortası» (7,651 min manat) növləri üzrə toplanılıb.

Sədr bildirib ki, qeyd olunan müddət ərzində «Tibbi sığorta» növü üzrə 3,224 mln. manat, «Avtonəqliyyat vasitələrinin sığortası» üzrə 253,011 min manat, «Əmlakın yanğından və digər risklərdən sığortası» üzrə 103,285 min manat, «Fərdi qəza və xəstəlik sığortası»na 35,859 min manat, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə 1,720 min manat və «Ümumi mülki məsuliyyətin sığortası» növü üzrə isə 745 manat həcmində sığorta ödənişi həyata keçirilib.

Xatırladaq ki, «A-Qroup» sığorta şirkəti 1995-ci ildə təsis edilib. Hazırda şirkət 14 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR