Bank Of Baku

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növü üzrə yığımların həcmi 30% artıb

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növü üzrə yığımların həcmi 30% artıb
# 26 sentyabr 2012 08:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə 19,148 mln. manat həcmində sığorta haqqı yığılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 29% çoxdur.

«APA-Economics»in apardığı araşdırmaya görə, hesabat dövründə sığorta şirkətləri tərəfindən bu növ üzrə həyata keçirilən ödənişlərin həcmi 6,1 dəfə artaraq 868,156 min manata çatıb.

Aparılan təhlilə görə, bu növ üzrə bazarda ən çox sığorta haqqı «Paşa Həyat» və «Atəşgah Həyat» sığorta şirkətlərinin payına düşüb. Ümumiyyətlə, bu sığorta növünün bazar üzrə məcmu sığorta haqlarında payı 8,3% təşkil edib.

Xatırladaq ki, Azərbaycanda həyat sığortası üzrə üç şirkət - «Paşa Həyat», «Atəşgah Həyat» və «Qala Həyat» şirkətləri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR