Bank Of Baku

«Moody’s» agentliyi «Bank of Baku»nun reytinqi üzrə proqnozu artırıb

«Moody’s» agentliyi «Bank of Baku»nun reytinqi üzrə proqnozu artırıb
# 26 sentyabr 2012 08:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Bank of Baku» ASC-nin «B2» səviyyəsində olan uzunmüddətli reytinqi üzrə proqnozunu «Sabit»dən «Pozitiv»ə yaxşılaşdırıb. Agentlikdən «APA-Economics»ə verilən məlumata görə, proqnozun yaxşılaşdırılması əsasən bankın istehlak kreditləşməsi bazarında ikinci yeri tutaraq mövqeyini möhkəmləndirməsi və dayanıqlı gəlirliyi ilə bağlıdır. Eyni zamanda, bankın aqresiv kredit siyasəti, kredit riskləri üzrə yüksək meyllənmə reytinqin artımının qarşısını alır.

Agentliyin məlumatında deyilir ki, bankın yeritdiyi kredit siyasətinin nəticəsi olaraq 2011-ci ildə kredit portfeli 42%, 2012-ci ilin ilk yarısında isə daha 23% artaraq 329 mln. manata çatıb. «Moody’s» bu dərəcədə yüksək artımın kredit portfeli üzrə riskləri artırdığını qeyd edir. Həmçinin bildirilir ki, 2011-ci ildə bankın mənfəəti 126% artaraq 26,2 mln. manata çatıb, ROA əmsalı illik yekunda 9,6%-ə, ROE əmsalı isə 56%-ə qəər yüksəlib. Qeyd edək ki, kredit portfeli üzrə potensial risklər yüksək olsa da, bankın vaxtı keçmiş kreditlərinin (90 gündən artıq) xüsusi çəkisi 2011-ci ilin yekununa görə cəmi 3,3%-ə bərabər olub.

Məlumatda deyilir ki, «Bank of Baku»nun reytinqi üzrə hər hansı yüksəldici addım ilk növbədə onun kreditlər üzrə yüksək artımın idarə olunması qabiliyyətindən asılı olacaq. Eyni zamanda, bankın risklər və likvidliyi üzrə hər hansı mənfi dəyişikliklər reytinqə azaldıcı təsir göstərə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR