Bank Of Baku

Azərbaycanda «Kapital bazarının müasirləşdirilməsi Layihəsi»nin icra vəziyyəti müzakirə olunub

Azərbaycanda «Kapital bazarının müasirləşdirilməsi Layihəsi»nin icra vəziyyəti müzakirə olunub
# 26 sentyabr 2012 13:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) «Kapital bazarının müasirləşdirilməsi Layihəsi»nin rəhbəri Tomas Kris və layihədə məsləhətçi xidmətlərinin göstərilməsi üzrə tenderin qalibi olmuş «Corporate Solutions» şirkətinin rəhbəri Kayvan Adami ilə görüş keçirilib.
Komitədən «APA-Economics»ə verilən məlumata görə, görüşdə QKDK-nın sədr müavini İlqar Muradov qiymətli kağızlar bazarının inkişafı tarixi və bu sahədə əldə olunan nəticələr haqqında, o cümlədən son illərdə bu istiqamətdə aparılmış islahatlar barədə ətraflı məlumat verib. Sədr müavini «Kapital bazarının müasirləşdirilməsi Layihəsi»nin Azərbaycan qiymətli kağızlar bazarının yüksək tepmlə inkişafına nail olunacağına və daha da effektiv bazar infrastrukturunun formalaşacağına inandığını qeyd edib.

Öz növbəsində T.Kris və K.Adami layihənin effektiv icrası istiqamətində artıq ilkin işlərə başlandığını bildiriblər.

Görüşdə layihənin hazırkı icra vəziyyəti və gələcəkdə faydalı əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Qeyd edək ki, Dünya Bankı «Kapital bazarının müasirləşdirilməsi Layihəsi»nin icrası üçün Azərbaycana 12 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Layihənin icrasına İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən də 3 mln. dollar ayrılıb. «Kapital bazarının müasirləşdirilməsi Layihəsi» 2010-cu ildə müxtəlif beynəlxalq donor təşkilatlarının maliyyələşdirdiyi və Dünya Bankı tərəfindən idarə edilən «FIRST Initiative» proqramı tərəfindən Azərbaycanda kapital bazarının inkişafı strategiyasının bir hissəsidir. Layihə çərçivəsində 2011-2015-ci illər üçün Azərbaycanda kapital bazarının inkişafı strategiyası və onun icrasına dair ortamüddətli tədbirlər planı hazırlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR