Bank Of Baku

Azərbaycan Bank Tədris Mərkəzi «MS Excel» proqramı üzrə kurs keçirəcək

Azərbaycan Bank Tədris Mərkəzi «MS Excel» proqramı üzrə kurs keçirəcək
# 26 sentyabr 2012 14:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin oktyabrın 2-dən Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) «MS Excel» proqramından praktiki istifadə» mövzusunda kursun tədrisinə başlayacaq.

Mərkəzdən «APA-Economics»ə verilən məlumata görə, kursda ekspertlər tərəfindən iştirakçılara proqramın təyinatı, proqramın interfeysi, funksiyalardan istifadə etmədən emal, mətnin emalı, tarix və zaman növlü verilənlərin emalı, hesabatların, o cümlədən məcmu hesabatların hazırlanması, diaqram və qrafiklərin tərtib edilməsi, həmçinin filtr və avtofiltr imkanlarından istifadə yolları məruzə ediləcək.
Qeyd edək ki, kurs oktyabrın 25-dək davam edəcək. Kursda iştirak haqqı 400 manatdır (ƏDV-siz).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR