Bank Of Baku

Azərbaycan Hesablama Palatasının nümayəndələri Praqada keçirilən beynəlxalq seminarda iştirak ediblər

Azərbaycan Hesablama Palatasının nümayəndələri Praqada keçirilən beynəlxalq seminarda iştirak ediblər
# 27 sentyabr 2012 14:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Hesablama Palatasının nümayəndə heyəti Praqada (Çexiya) «Proqram təminatı vasitələrinin audit proseslərində tətbiqi» mövzusunda keçirilən beynəlxalq seminarda iştirak edib.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, Ali Audit Ofisi tərəfindən təşkil edilmiş seminarda Avropa Auditorlar Məhkəməsinin və 24 ölkənin ali audit qurumlarının nümayəndələri, müşahidəçi qismində Hindistan Ali Audit İnstitutu və Cənubi Koreya Audit və Təftiş Bürosunun nümayəndələri iştirak ediblər.

Seminarı Çexiya Ali Audit Ofisinin vitse-prezidenti Miroslav Kala açaraq seminarın məqsədi və əhəmiyyəti barədə danışıb. Daha sonra M.Kala seminara qədər iştirakçı ölkələrə göndərilən sorğunun nəticələri barədə məlumat verərək sorğunun nəticələrinə əsasən, müvafiq dövlət qurumlarının 80%-nin Audit Menecment Vasitələrindən (AMV) 10 ildən az müddətdə istifadə etdiyini, istifadə olunan məlumatlarının 70%-nin xarici məlumat bazasından daxil olduğunu, habelə qurumların 80%-nin rəhbərliyinin bu sistemlərdən istifadə etdiyini iştirakçıların nəzərinə çatdırıb.

Müxtəlif ölkələri təmsil edən məruzəçilər öz çıxışlarında diqqəti daha çox öz AAQ-da istifadə olunan AMV-nin üstün və çatışmayan cəhətlərinə, onun əhatə etdiyi ayrı-ayrı mərhələlərin spesifik xüsusiyyətlərinə, bir sıra proqram vasitələrinin (xüsusilə, «TeamMate», «Prosit», «NYS», «Szekreter», «Infopac-Infoteam», «Assist», «CaseWare») texniki imkanlarına yönəldiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR