Bank Of Baku

«İpək Yolu Sığorta» şirkətinin daxilolmaları son bir ildə 10% artıb

«İpək Yolu Sığorta» şirkətinin daxilolmaları son bir ildə 10% artıb
# 28 sentyabr 2012 14:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «İpək Yolu Sığorta» şirkəti 2012-ci ilin yanvar-avqust aylarında topladığı sığorta haqlarının həcmi 7,365 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9,1% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumat görə, hesabat dövründə 3,677 mln. manat «Hava nəqliyyatı vasitələrinin sığortası» növü üzrə, 2,425 mln. manat «Hava nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası», 566,861 min manat «Əmlakın yanğından və digər risklərdən sığortası», 180,592 min manat «Daşınmaz əmlakın icbari sığortası», 128,204 min manat «Avtonəqliyyat vasitələrinin sığortası», 114,362 min manat «Sərnişinlərin icbari fərdi qəza sığortası», 98,215 min manat «Ümumi mülki məsuliyyətin sığortası», 90,705 min manat «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası», 22,470 min manat «Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası», 23,118 min manat «Fərdi qəza və xəstəlik sığortası», 20,091 min manat «Yüklərin (nəqliyyat) sığortası», 13,663 mln. manat isə «Tibbi sığorta» növləri üzrə toplanılıb.

Təhlil aparılan dövr ərzində sığorta hadisələri üzrə ödənilən vəsaitlərin həcmi 38,5% azalaraq 1,762 mln. manat təşkil edib. Bu dövrdə «Hava nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası» növü üzrə 1,190 mln. manat, «Hava nəqliyyatı vasitələrinin sığortası» üzrə 547,422 min manat, «Avtonəqliyyat vasitələrinin sığortası» üzrə 22,308 min manat, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə isə 2,640 min manat həcmində sığorta ödənişi aparılıb.

Hesabat dövründə könüllü növlər üzrə toplanan sığorta haqlarının həcmi 6,956 mln. manat, icbari növlər üzrə isə 408,129 min manat təşkil edib. Ödənişlərdə isə 1,760 mln. manat könüllü, 2,640 min manat isə icbari sığorta növləri üzrə ödənilib.

Xatırladaq ki, «İpək Yolu Sığorta» ASC 1995-ci ildən «Azal Sığorta» kimi yaradılıb, 2011-ci ilin iyul ayında şirkətin adı «İpək Yolu Sığorta» ASC-yə dəyişib. Şirkət hazırda 25 könüllü və 5 icbari sığorta növü üzrə xidmət göstərir. Cari ilin sentyabrın 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,093 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR