Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsi gələn il dövlət büdcəsinə ödənişləri 17% artıracaq

Azərbaycan Dövlət Gömrük Komitəsi gələn il dövlət büdcəsinə ödənişləri 17% artıracaq
# 01 oktyabr 2012 08:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Gələn ilin dövlət büdcəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar üzrə proqnoz 2012-ci ilə nisbətən 200 mln. manat və ya 17% artırılaraq 1 380 mln. manat səviyyəsində nəzərdə tutulub. «APA-Economics»in xəbərinə görə, bunu DGK-nin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, proqnoz tərtib olunarkən 2013-cü il üçün ümumi iqtisadi proqnozlar, ölkədə həyata keçirilən investisiya layihələri və son illər ölkəyə idxal dinamikası əsas götürülüb. «Hələlik gələn il üçün gömrük rüsumlarının deyişməsi nəzərdə tutulmayıb», - deyə Komitə sədri vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR